EN

Gələn mövsüm bu geyimlər dəb olacaq

Fransanın lüks moda evləri Paris Moda Həftəsində yeni kolleksiyalarını təqdim ediblər.

“Cebheinfo.az” xəbər verir ki, moda nümayişində payız-qış mövsümündə təpədən dırnağa tək tonlu, bədəni əhatə edən zərif geyimlərə üstünlük verilib. 

Önümüzdəki mövsümdə gövdənin yuxarı hissəsində daha həcmli, düzbucaqlı və üçbucaqlı kəsimlərin ön plana çıxacağı, bədən cizgilərini vurğulamaq yerinə biləkləri vurğulayan kəsiklərin üstünlük təşkil edəcəyi bildirilib.

Gələn mövsum təbii tonlar, quş tükləri, uzununa zolaqlar, şalvar və dizdən kənara çıxan çəkmələrə tələbatın artacağı gözlənilir.

Chosen
11
cebheinfo.az

1Sources