EN

Mareska: “Kopenhagen” bizi təəccübləndirsə də…”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının 1/8 finalının “Kopenhagen”lə səfərdə ilk oyununda qələbəni (2:1) şərh edib.

Arena.az “Çelsi”nin mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Kopenhagen” – yaxşı komandadır. Bu gün rəqib beş müdafiəçi ilə oynamağa qərar verməklə, bizi təəccübləndirdi. Düşünürəm ki, son üç ildə “Kopenhagen” beş müdafiəçidən ibarət quruluş üzrə iki ya üç oyun keçirib, buna görə də bu, bizim üçün gözlənilməz oldu. Amma biz tapşırığımızın öhdəsindn gəldik”, deyə Mareska vurğulayıb.

Cavab oyunu çərçivəsində “zadəganlar” “Kopenhagen”i martın 13-də Londonda qəbul edəcəklər.

Əlavə edək ki, “Çelsi” Konfrans Liqasının qalibi olmağa əsas namizədlərdəndir.

Chosen
35
arena.az

1Sources