EN

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, baş tutan 16 matçdan sonra UEFA reytinqi açıqlanıb. 

Siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycanın mövqeyinə də təsir edib. 2 pillə irəliləyən Sloveniya Bolqarıstan və Azərbaycanı keçib. Polşa isə İsveçrəni arxada qoyub.
 

Avropada təmsilçisi qalmayan Azərbaycanın hesabında 19,625 xal var. Ölkəmiz siyahıda 30-cudur. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.


Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,910 xalı var.

Bizim.Media

Chosen
31
1
bizim.media

10Sources