EN

"İmtahandan 2-3 gün öncə dərs oxumaq dayanmalıdır" — AÇIQLAMA

"Bu bazar da imtahan var. Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahana son günlər qalıb. Şagirdlər bu son günlərdə nə etməlidirlər?

Bununla bağlı psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, imtahan yaxınlaşdıqca stress pik həddə çatır:

“Stressin pik həddə çatmasını da bir tərəfdən müəllimlər, digər tərəfdən valideynlər yaradır. Yəni, bu gün əgər bir ailədə, bir uşaqda stress varsa, bunun səbəbini birinci ailədə, ikinci müəllimdə axtarmaq lazımdır. Çünki müəllimlər hər zaman uşaqlar daha məsuliyyətli olsun deyə xəbərdarlıqlar edirlər. Valideynsə deyir ki, “girməsən, vay sənin halına”, “mən bu qədər əziyyət çəkmişəm”, “pul tökmüşəm”, “sən bu universiteti qazanmalısan”. Sanki universitetə girmək və yaxud da imtahandan yaxşı nəticə əldə etmək valideynlər üçün bir marafon, bir yarış halına gəlib. Düşünürəm ki, hər bir valideyn övladını uğuru və uğursuzluğu, çatışan və çatışmayan cəhətləri ilə, xarakteri ilə sevməli və qəbul etməlidir”. 

Psixoloq diqqətə çatdırıb ki, övlad valideyni arxasında görməlidir, inanmalıdır, güvənməlidir:

“Azərbaycanda əmək haqqını və repetitor qiymətlərini nəzərə alsaq, görərik ki, valideyn kifayət qədər çətinliyə düşür. Yenə də məsələnin kökündə düzgün olmayan təhsil islahatları dayanır. Repetitorluq fəaliyyətinə məşğul olan müəllimlər siniflərdə dərsləri ötəri keçirlər və ya keçmirlər ki, valideyn uşağını hazırlığa gətirəcək. Burada bir məsələ var ki, müəllimlər orta məktəbdə kifayət qədər dərs keçsə, valideyn də bu işə bu qədər sərmayə qoymasa, valideyn uşağının üzərində o qədər düşməz. Yəni, intihar ediləcək həddə qədər düşməz. Məsələ burasındadır. Valideynlər imtihana getməzdən əvvəl uşaqlara ciddi şəkildə dərs oxu deməməlidir. İmtahandan 2-3 gün öncə dərs oxumaq dayanmalıdır. Şagirdlər istirahətə getməlidir, beyni dincəlməlidir, fiziki aktivliyi artmalıdır, yuxusu normaya düşməlidir”.

Leyla Turan
Demokrat.az
Chosen
25
1
demokrat.az

2Sources