EN

"Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib

“Sabah” Şahmat Akademiyasının 1 yaşının tamam olması münasibətilə keçirilən "Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib.

Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi Nicat Abasov olub.

Yarışda son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, millinin üzvləri Gövhər Beydullayeva və Avropa çempionu Qədir Hüseynov kimi digər tanınmış şahmatçılar da mübarizə aparıblar.

Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.

Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.

Chosen
10
4
cbcsport.az

8Sources