EN

PAŞA Holding-in dəstəyi ilə "Hədiyyən dəstəyin olsun!" şüarı altında "Woman Bazaar 4 – Dayanıqlı İnkişaf Festivalı" başa çatdı!

Bakı. Trend:

PAŞA Holding-in dəstəyi ilə 1-2 mart tarixlərində Passage1901-də keçirilən “Woman Bazaar 4 – Dayanıqlı İnkişaf Festivalı” 8Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdur. Festival, həssasqruplardan olan qadınların sahibkarlıq fəaliyyətlərini inkişafetdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək məqsədinidaşıyırdı.

Bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçüntəlimlər və mentorluq proqramları təşkil olundu. Festivalın ikigünü ərzində isə qadınlar öz brendlərini təqdim edərək məhsullarınısatmaq imkanı əldə etdilər. Bununla yanaşı, müxtəlif guşələr, ustaddərsləri, panel müzakirələri və musiqi proqramları da festivaliştirakçıları üçün təşkil olundu.

Festival 1 mart tarixində rəsmi açılış nitqləri ilə başladı.Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçıdirektoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreyeva, Böyük BritanyanınAzərbaycandakı Səfiri Fergus Auld, KOBİA İdarə Heyəti sədrininmüavini və “Woman Bazaar” layihə rəhbəri Günay Adıgözəlovaçıxış etdilər.

Açılış nitqlərindən sonra Unibox Sosial BiznesLayihəsi təqdim edildi və festival iştirakçısı olan qadınsahibkarlara sertifikatlar təqdim olundu. Gün ərzində“Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə”mövzusunda çıxışlar baş tutdu, eləcə də Aynabənd musiqiqrupu, Nərmin Abdul və Könül Manel kimi ifaçıların musiqiperformansları festival iştirakçılarına təqdim olundu.

Axşam saatlarında "Ailə və Sahibkarlıq: QadınSahibkarlar Üçün Balansı Necə Qurmaq Olar?" mövzusundapanel müzakirəsi təşkil olundu. Paneldə Nigar Sultanova,Pərvanə Bayramova, Jalə Hacıyeva və Samirə Qasımova kimiekspertlər qadın sahibkarların üzləşdiyi çətinliklər və mövcuddəstək mexanizmləri barədə fikirlərini bölüşdülər.

2 mart - festivalın ikinci günü Şəhla Babayeva, ReyhanəHacıyeva, Ulduzə Xəlilova kimi qadın sahibkarlarınçıxışları ilə davam etdi. Gün ərzində Cavidan Fatehi,Ayselin rəqs qrupu və Tural Turan qardaşları festivaliştirakçılarına musiqi proqramları ilə unudulmaz anlar yaşatdı.

Ümumilikdə, festival boyunca 60 qadın sahibkara özməhsullarını geniş auditoriyaya təqdim etmək imkanıyaradıldı və qadınların iqtisadi azadlığını gücləndirməyətöhfə verildi.

Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSMstrategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding vəonun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, buraAFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeydedək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milliyığma komandasını da dəstəkləmişdi.

PAŞA
PAŞA
PAŞA
Chosen
22
2
az.trend.az

3Sources