EN

Ərdoğan: Biz AB-yə tam üzvlük hədəfimizi qoruyuruq

Avropa İttifaqının (AB) təşkil etdiyi Həmfikir Ölkə Liderlərinin Onlayn Toplantısına Vahdettin Köşkündən qatılan prezident Ərdoğan çıxışında Türkiyənin ilk gündən müharibəni dialoq yolu ilə bitirmək üçün çox sıx və səmimi səylər göstərdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, “Türkiyə-AB münasibətlərində uzunmüddətli, strateji perspektivlə hərəkət etmək hər iki tərəfin marağındadır”.

"Biz tamhüquqlu üzvlük məqsədimizi çox güclü şəkildə qoruyuruq. Biz İttifaqın strateji və uzaqgörən bir mövqe tutmasını və buna görə də üzvlük danışıqlarımızı mümkün qədər tez canlandırmasını gözləyirik. Ümid edirəm ki, bütün yüksək səviyyəli görüşləri ən qısa zamanda birlikdə keçirəcəyik. Sözümü yekunlaşdıraraq vurğulamaq istərdim ki, biz ədalətli sülhün bərqərar olması və Ukraynanın son mərhələsinə ev sahibliyi etmək üçün hər cür töhfəni verməyə hazırıq. Ümid edirəm ki, görüşümüz sülh və sabitliyə gedən yolda faydalı nəticələr verəcək”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
8
turkustan.az

1Sources