EN

21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçular – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, cədvələ 2001-2024-cü illər aralığında 250 və daha çox qol vuranlar salınıb.

Siyahıya “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo başçılıq edir. Onun aktivində 557 qol var. Krişin əzəli rəqibi Lionel Messi ikincidir. “İnter Mayami”nin forvardı 518 qol vurub.

“İlk üçlüy”ü Messinin komanda yoldaşı Luis Suares qapayır – 409 qol.

“Onluq”da Robert Levandovski (“Barselona” – 402 qol), Zlatan İbrahimoviç (karyerasını bitirib – 393), Nikolas Munyos (karyerasını bitirib – 325), Fred (karyerasını bitirib – 307), Dayro Moreno (“Onse Kaldas” – 306), Aleksandar Duriç (karyerasını bitirib – 304) və Kərim Benzema (“Əl-İttihad”– 300) qərarlaşıb.

Chosen
7
1
tribunainfo.az

2Sources