EN

Daha bir gimnastımız Dünya kubokunun finalında

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda İvan Tixonov turnikdə çıxışına görə final mərhələsinə vəsiqə qazanıb.

Bakıvaxtı.az idman.biz-ə istinadən xəbər evrir ki, Azərbaycan millisinin gimnastı təsnifat yarışında səkkizinci nəticə göstərib.

O, çıxışına görə 12.200 xal alıb ki, bu da finala çıxmağa kifayət edib.

Qeyd edək ki, Dünya kubokunda dörd idmançımız finalda mübarizə aparacaq. Bundan əvvəl Nikita Simonov halqalarla hərəkətlərdə, Murad Ağarzayev və Dəniz Əliyeva isə dayaqla tullanmada təsnifat mərhələsini uğurla adlaya biliblər.

Chosen
35
1
bakivaxti.az

3Sources