EN

Azərbaycanda MAXE-lərin sayı ARTIRILACAQ

Azərbaycanda hərbi xidmətə çağırışda növbəti islahlatlar gözlənilir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

O qeyd edib ki, milli kadr potensialı ilə tam şəkildə təmin olunmuş ordunun yaradılması üçün səfərbərlik sistemində islahatlar davam etdiriləcək.

"Bu gün də artıq Milli Məclisin plenar iclasında istefada və ehtiyatda olan hərbçilərin forması ilə bağlı müvafiq dəyişiklik qəbul edildi. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik olacaq, hər xidmət keçmə haqqında əsasnamədə. Bu gün hərbi biletində müvafiq qeydiyyatı olmayan, eyni zamanda  müəyyən icazəsi olmayan, istefaya gedəndə, təqaüdə çıxanda buna baxılacaq. Əsas məqamdan ondan ibarətdir ki, bu anım günlərində, peşə bayramlarında, Zəfər Günündə formadan istifadə etmək nəzərdə tutulur”,- Komitə sədri deyib.

A.Nağıyev ödəniş qarşılığında hərbi xidmətdən azad edilmə ilə bağlı təkliflərə də münasibət bildirib: "Hələ bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edən yoxdur".

O əlavə edib ki, Azərbaycanda müqavilə ilə xidmət edən hərbçilərin (MAXE) sayının artırılması istisna deyil:

"Ümumiyyətlə, döyüşkən ordu yaratmaq üçün mütləq şəkildə müqaviləli orduya keçmək lazımdır. Bundan sonra bütün kateqoriyalara uyğun ehtiyat qüvvələr yaratmaq lazımdır. Son zamanlar Ukraynada gedən müharibə göstərdi ki, əgər 80 minlik  müqaviləli ordu varsa, heç  olmasa 500-600 minlik də ehtiyat orada olmalıdır. Ölkənin təhlükəsizliyinə təhdid varsa, ilk növbə müqaviləli hərbi qulluqçular, daha sonra ehtiyyat qüvvələr mütləq şəkildə səfərbər olunub çağırılırlar. Bu, Rusiya-Ukrayna müharibəsində praktiki şəkildə özünü göstərdi. Bütün bunların hamısının eyni anda birdən-birə formalaşması mümkün deyil. Çox məsələlər var ki, bunlara yenidən baxıla bilər".

Chosen
19
1
modern.az

2Sources