EN

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstanla bağlı qətnamə qəbul edib

Tbilisi, 7 mart, AZƏRTAC

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstan parlamentinin qəbul etdiyi ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunu pisləyən müvəqqəti qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərar Nazirlər Komitəsinin “İdentitya və başqaları Gürcüstana qarşı” işi üzrə rüblük iclasında qəbul edilib. İclasda Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməsi məsələsi müzakirə olunub.

“Komitə Gürcüstanın “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qəbul etdiyi qanunu qətiyyətlə pisləyir və onun ləğvinə çağırır. Bu, qərarların icrasında geriyə addımdır və Gürcüstanın Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini yerinə yetirməsi ilə bağlı ciddi suallar yaradır", - deyə qurumun bəyanatında deyilir.

Nazirlər Komitəsi, həmçinin Gürcüstanı hamı üçün toplaşmaq və din azadlığına təminat verməyə çağırır.

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstanı LGBTQ icması üzvlərinin sərbəst toplaşmaq azadlığını qorumadığına görə tənqid edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
22
5
azertag.az

6Sources