EN

Məşhur kino ulduzu intihar etdi

Məşhur ABŞ-li kino və serial aktrisası, prodüser və model, "Malibu xilasediciləri" serialının ulduzu Devid Hasselhoffun keçmiş həyat yoldaşı Pamela Bax evində ölü tapılıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, 62 yaşlı aktrisa ilə əlaqə saxlaya bilməyən ailəsi həyəcan təbili çalıb.

Pamela Baxın iki milyon dollarlıq evində öz silahı ilə güllələnərək öldüyü məlum olub. Los-Anceles dairəsi Məhkəmə-Tibbi Ekspertiza İdarəsi Baxın ölümünü intihar olaraq qiymətləndirib. Lakin səlahiyyətlilərin sözlərinə görə, evdə hər hansı intihar qeydi aşkarlanmayıb.

Chosen
19
news365.az

1Sources