EN

Çin Trampın Qəzza planına reaksiya verdi

Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarətə almaq planına etiraz edib. Metbuat.az xəbər verir ki, Vanq Çinin Ümumçin Xalq Nümayəndələri Konqresinin illik ümumi yığıncağı münasibətilə paytaxt Pekində “Çinin xarici siyasəti və xarici əlaqələri” adlı mətbuat konfransı keçirib. O bildirib ki, Qəzza fələstinlilərə məxsusdur və Fələstin torpaqlarının ayrılmaz hissəsidir. Vanq bəyan edib ki, Qəzzanın statusunun zorla dəyişdirilməsi sülhə deyil, xaosa səbəb olacaq. Çinin Misir və digər ərəb ölkələrinin Qəzzada sülhün bərqərar olması planını dəstəklədiyini ifadə edən Vanq adını çəkmədən ABŞ-ni sərt sözlərlə hədəfə alıb.

O bildirib ki, böyük ölkə həqiqətən Qəzza xalqının qayğısına qalırsa, hərtərəfli və qalıcı sülhü təşviq etməli, humanitar yardımları artırmalı, Qəzzanın yenidən qurulmasına töhfə verməlidir.

Chosen
35
1
metbuat.az

4Sources