EN

“TikTok“ 1 illik qadağan edildi

Albaniyada “TikTok” sosial şəbəkəsi bir il müddətinə qadağan edilib.

News24.az xəbər verir ki, bunu Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu deyib.

Onun sözlərinə görə, ölkədəki 65 min valideynlə aparılan danışıqlardan sonra belə bir qərara gəlinib.

Qeyd edək ki, ötən il Albaniyada “TikTok”da başlayan mübahisədən sonra 14 yaşlı şagird başqa bir şagirdə bıçaqla hücum edərək onu öldürmüşdü./Yenisabah.az



Chosen
24
6
news24.az

7Sources