Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı qadınların camaat namazını qılmaq üçün məscidlərə getməsini qadağan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Herat əyalətindəki mənbələrə istinadən "Etilaatroz" nəşri məlumat yayıb.
Məhdudiyyətlərlə bağlı məlumatlar əhaliyə şifahi formada, məscid imamlarının vasitəsilə çatdırılıb.
Qeyd edək ki, artıq bundan sonra qadınların məscidlərdə cümə namazına getməsinə icazə verilmir, baxmayaraq ki, əvvəllər ibadət məkanlarında onlar üçün ayrıca otaqlar ayrılmışdı.
Milli.Az