EN

Cəsur İt həyatı bahasına sahibini pələngdən xilas edib

...Hindistanda alman iti öz həyatı bahasına sahibini aqressiv pələngdən xilas edib.

SİA xəbər verir ki, “My Nation” bu haqda yazır.

Deməli, fevralın 28-nə keçən gecə fermer Şivam Barqaiya öz iti Bento ilə Madhya Pradeşdə Bandhavqarh Milli Parkının kənarında gəzdirirmiş. Birdən bir pələng kolların arasından sıçrayıb adamın üstünə qaçıb.

Bento dərhal sahibinə kömək etməyə tələsib.

Pələng daha böyük olsa da, it onun hücumlarını qorxmadan dəf edib.

Vəhşi pişik nəhayət meşəyə qaçıb, amma Bento ağır yaralanıb. Fermer ev heyvanını dərhal baytara aparıb. Həkim əlindən gələni edib, lakin cəsur iti xilas etməyin mümkün olmayacağını etiraf etdi.

Bir neçə saat sonra Bento yox idi. Hindistanlılar itin şücaətinə heyran olub və sahibinə başsağlığı veriblər.

Eyni zamanda, yerli sakinlər Bandhavqarh ərazisinin sakinlərinin orada yaşayan yırtıcıların hücumlarından qorunması məsələsini hakimiyyət qarşısında qaldırıblar. ...Bundan əvvəl Taylandda it sahibini iri kobradan xilas edib. İt ölümcül ilanı ilk görən olub və ona tərəf qaçıb.

Nazlı Almuradova

Chosen
29
sia.az

1Sources