EN

Bakıda torpaq qiymətlərinin bahalaşmasının səbəbləri AÇIQLANIB

Bakı. Trend:

Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımımüşahidə olunur.

Bunu Trend-ə açıqlamasında AzərbaycanQiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspertVüqar Oruc deyib.

O vurğulayıb ki, bunun ilk səbəbi ölkə əhalisinin sayınınartmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır:

"Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmazəmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünkidigər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildətorpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planınaəsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki,bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyatakeçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativqaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəliyeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı vəhəmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıxbinalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmətələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az binainşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm dəmənzillərin qiyməti bahalaşır".

Sədr qeyd edib ki, insanlar fərdi evlərindən yaşayış və bağ evikimi istifadə edirlər.

"Bu da Bakıətrafı kəndlərdə, qəsəbələrdə daha çox rast gəlinir.Getdikcə boş sahələrin azalması tendensiyasını görürük ki, bu daqiymətin bahalaşmasını zəruri edən səbəblərdən biridir.

Adətən alqı-satqı faktları artdıqda qiymətlər yüksəlir. Lakinhazırda durğunluqdur. Buna baxmayaraq torpaq sahələrinin də,tikililərin də qiymətlərində artım var. Bizim insanlar daşınmazəmlaka tək zəruri tələbat subyekti kimi baxmırlar. Bu həm dəinvestisiya qoymaq üçün zəruri istiqamət kimi qəbul olunur. Hazırdadaşınmaz əmlak az riskli, stabil gəlir gətirən, dayanıqlı fəaliyyətistiqamətidir. Aktiv bizneslə məşğul olmayan ölkə vətəndaşıdaşınmaz əmlak əldə etmək məqsədini qarşısına qoyur", - deyə o qeydedib.

Məqalədə:
Chosen
14
15
az.trend.az

10Sources