EN

Bu ərazilərdə su yoxdur

Bakının bəzi ərazilərdə suyun verilişində fasilə yaranıb. 
 
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” deyilən əraziyə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.
 
8 mart tarixində gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Chosen
84
21
moderator.az

10Sources