EN

"Buna görə ABŞ-dən üzr istəməyəcəyik" - Kiyev

ABŞ prezidenti Donald Trampla mübahisə zamanı Volodimir Zelenski heç bir səhvə yol verməyib və Ukrayna bu münaqişəyə görə ABŞ-dən üzr istəməməlidir. 

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak "Le Point" nəşrinə müsahibəsində deyib. 

"O, həm forma, həm də məzmunca tamamilə haqlı idi, əsas ideyanı amerikalı tərəfdaşlarımıza çatdırmağa çalışırdı: Rusiyaya təzyiq etmədən, heç nə alınmayacaq. Moskvanın könüllü güzəştlərinə ümid bəsləməklə müsbət nəticə əldə etmək mümkün deyil. Rusiyanın məcburiyyəti olmadan sülh danışıqları mümkün deyil. Ona görə də iddia edilən "səhv"ə görə üzr istəməyəcəyik". 

Chosen
53
4
adalet.az

5Sources