EN

Qəzənfər Abbasov: “Qələbə bizim haqqımız idi”

"Qaradağ Lökbatan"ın futbolçusu Bahadur Həziyev apasport.az saytına müsahibə verib. 

- Oyun haqqında düşüncələriniz…

- Adi səhvlər etdik. Cərimə zərbəsindən çox sadə qol buraxdıq. Hər iki komanda qol vurmağa yaxın idi, lakin matç heç-heçə yekunlaşdı. 2-ci hissə də əsasən üstün tərəf biz idik. Qələbə bizim haqqımız idi. Amma alınmadı. Gərgin görüş oldu. Bu cür komandalarla görüşlərdən maksimum xallar toplayıb, ilk üçlüyə irəliləmək istəyirik. İki oyundur ki, bizim üçün vacib olan xalları itiririk. Bu gün bəxtimiz gətirmədi. 

- Rəqibiniz “Baku Sporting” qələbə qazanaraq, turnir cədvəlində sizi geridə qoydu. Bunun haqqında nə düşünürsünüz?

- Bu gün “Baku Sporting”i düşünmürük. Onlarla qarşıda görüşümüz var. Məqsədimiz yalnız ilk üçlüyün içərisində özümüzə yer tapmaqdır. Bizim məqsədimiz “Karvan”ı izləməkdir. “Baku Sporting”in də qarşıda çətin matçları var. Onlar da xal və ya xallar itirəcəklər. Biz liqanı 4-cü yerdə, 5-ci pillədə də bitirsək, heç bir nailiyyət qazanmırıq. 

- Komanda ikinci dövrədə daha yaxşı təsir bağışlayır. Ardıcıl xallar qazanır. Bunun səbəbi nədir? Heyətdə hansı dəyişiklikləri etmisiniz?

- Komandada taktiki dəyişikliklər etdik. Birinci dövrədə üst-üstə xallar itirdikdən sonra taktikamızı dəyişdik. Bizim əsas problemimiz qol və ya qollar buraxmağımızdır. Çox sadə səhvlər edirik. Qolları rəqibə hədiyyə edirik. Bu gün 1-ci hissə başqa taktika ilə oynadıq, lakin 2-ci yarıda başqa sistemə keçdik və bu dəyişikliklər öz bəhrəsini verdi.

“Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb

Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib

Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə

Rodriqinyo: "Neftçi" azarkeşi üzərinə düşəni həmişə edib" - Müsahibə

Sezarın haqqı Sezara və ya uduzan çıxır...

Chosen
34
apasport.az

1Sources