“Birbank Biznes” qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış edib.
Belə ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün “Passage 1901” ünvanında satış yarmarkası təşkil edilib. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradılıb.
Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmayıb. Tədbirin ilk günü “Birbank Biznes” sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8 faizədək endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan edib. Bu təlimlər “Birbank Biznes”in peşəkar komandası tərəfindən veriləcək.
Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri də baş tutub. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olunub. Sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə edilib. Paneldə “Kapital Bank”ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə baş inzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş əməliyyat inzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak ediblər.
Tədbirin ikinci paneli isə “Uğurun adı: Qadın” mövzusuna həsr olunub. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini paylaşıblar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CozybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Balli Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə olub.
“Birbank Biznes” bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.