EN

Hindistan Rusiyadan tank mühərrikləri alacaq

Hindistan Rusiyadan tank mühərrikləri almağa qərar verib.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi Asiya ölkəsinin Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Hindistan Müdafiə Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə 248 milyon dollarlıq müqavilə imzalayıb. Rusiya tərəfi 1000 at gücünə malik T-72 tanklarının modernləşdirilməsi üçün mühərriklər tədarük edəcək.

Bir müddət əvvəl Indian Defence News nəşri Hindistanın öz T-72 tanklarını təkmilləşdirməyi və satmağı planlaşdırdığını bildirmişdi.

Bəxtiyar CƏFƏRLİ

Chosen
93
herbiand.az

1Sources