Londonun "Çelsi" klubunun keçmiş prezidenti Roman Abramoviç məhkəmə qarşısına çıxa bilər.

Offsideplus.az xəbər verir ki, Böyük Britaniyanın bir neçə naziri rusiyalı iş adamından narazıdır.

Belə ki, hökumət nümayəndələri R.Abramoviçdən "Çelsi"nin satışından əldə olunan vəsaitin Ukrayna dövlətinin hesabına köçürülməsini istəyirlər. Bu məqsədlə aparılan danışıqlar müsbət nəticələr vermədiyindən, vəziyyətdən çıxış yolu kimi məhkəməyə müraciət məqsədəuyğun hesab edilir.

"Biz bununla bağlı məhkəməyə müraciət edəcəyik. Abramoviçlə bu məsələdə fikirayrılığı var. Görünür qanunvericilik bu problemin yeganə həlli yolu olacaq", - deyə hökumətdəki mənbə bildirib.

Qeyd edək ki, 2022-ci ildə Rusiya və Ukrayna arasında müharibə başladıqdan sonra Böyüık Britaniya R.Abramoviçə qarşı sanksiyalar tətbiq etmişdi. Məcburiyyət qarşısında qalan biznesmen 2022-ci ilin mayında xüsusi lisenziya sayəsində "Çelsi"ni satmağa müvəffəq olub.