EN

Bakıda motosiklet maşına ÇIRPILDI – Anbaan VİDEO

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.

"Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır.

Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar", - məlumatda vurğulanıb.

Milli.Az

Chosen
11
17
milli.az

10Sources