EN

AZAL Adana və Mersin yaxınlığındakı hava limanına da uçuşlar həyata keçirəcək

"Azərbaycanın Hava Yolları" QSC (AZAL) 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

Bu barədə AZAL-dan bildirilib.

Bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.

Aviabiletləri AZAL-ın saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Chosen
129
27
marja.az

10Sources