Aİ ölkələrinin orduları ABŞ-ın köməyi olmadan cəmi bir neçə həftə Rusiyanın hücumunu dəf edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb:
“Qitənin qoşun, hava hücumundan müdafiə vasitələri ABŞ-ın iştirakı olmadan ən yaxşı halda həftələr ərzində Rusiyanın işğalını dəf etmək iqtidarındadır”.
Agentlik qeyd edir ki, Amerika qoşunlarının Avropadan tam çıxarılması son dərəcə çətin hesab olunur. Lakin ABŞ-ın mövcudluğunun azalması qitənin müdafiə qabiliyyətinə də təsir edəcək.
Avropa rabitə, kəşfiyyat-logistika, eləcə də strateji hərbi liderlik və atəş gücü baxımından ABŞ-dan asılıdır.
Avropanın yenidən silahlanması isə yüz milyardlarla avroya başa gələcək.
Vəli Həsənoğlu,
KONKRET.az