EN

ABŞ Danimarkanın Qrenlandiyaya heç bir hüququ olmadığını bildirdi

Danimarkanın Qrenlandiyaya heç bir hüququ yoxdur.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik "X" sosial şəbəkəsində yayımlanan “India Today” telekanalına müsahibəsində deyib.

“Danimarkanın Qrenlandiya ilə nə ortaqlığı var? Siz cavabı bilirsiniz: heç bir şey" - o bildirib.

Nazir qeyd edib ki, ABŞ-nin Arktikadakı mövqeyini gücləndirmək üçün Qrenlandiyaya ehtiyacı var.

Bundan başqa, amerikalı nazirin sözlərinə görə, Kanada belə siyasət aparır və ABŞ-nin tərkibində olacaq. Latnik qeyd edib ki, Kanadanın bütün iqtisadiyyatı “ABŞ-yə güvənir” və Ottava təhlükəsizlik məsələlərini çoxdan Vaşinqtona həvalə edib.

Turan İSMAYIL

Chosen
28
redaktor.az

1Sources