FTB Çinə məxfi məlumat satmaqda şübhəli bilinən amerikalı əsgəri həbs edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Vaşinqton əyalətindəki hərbi bazada yerləşən ordunun təchizat çavuşu Jian Zhao Çində qeyri-müəyyən şəxslərə satış üçün ABŞ hökumətindən ələ keçirilən məxfi diskləri və kompüter məlumatlarını toplamaqda ittiham olunub.
Məlumata görə, oğurluqlar 2024-cü ilin iyulunda başlayıb və Zhao bu iş üçün ən azı 15 min dollar alıb.
O, milli müdafiə məlumatlarını icazəsiz əldə etmək və ötürmək üçün sui-qəsd, rüşvətxorluq və dövlət əmlakını oğurlamaqda ittiham edilir.
Vəli Həsənoğlu,
KONKRET.az