EN

Bakıda uşaq binadan yıxıldı

Bakıda azyaşlı binadan yıxılıb.

Milli.Az manset.az-a istinadla xəbər verir ki, hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb.

5 yaşlı uşağın anası onu evdə tək qoyaraq mağazaya gedib. Mənzilə qayıdan qadın övladının evdə olmadığını görüb.

Sonra üçüncü mərtəbədəki mənzilin eyvanından yerə baxan ana övladının yerdə olduğunu görüb. Azyaşlı dərhal paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.

Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az

Chosen
9
6
milli.az

7Sources