EN

Moskvada ilan liftə minmək qərarına gəlib

Moskvada yaşayış binasının sakini liftdə ilan aşkarlayıb.

Qaziler.az bildirir ki, Mülki Müdafiə və Fövqəladə Hallar Departamentinin mətbuat xidməti paytaxtda baş verən insident barədə VKontakte-də məlumat verib.

İlanın tapıldığı ev Çeryomuşki rayonu Tsyurupi küçəsində yerləşir. Sürünənləri aşkar edən sakin martın 7-də səhər saatlarında təcili yardım çağırıb. Xilasedicilər ilanın 20 santimetr uzunluğunda olduğunu və rənginin kral ilan növü olan süd ilanlarının rənginə uyğun olduğunu müəyyən ediblər. Bu növ zəhərli deyil. 

“Kral növü tamamilə zərərsiz və aqressiv deyil. Ola bilsin ki, pulcuqlu sadəcə gəzintiyə çıxıb, baharı hiss edib”, - mətbuat xidməti qeyd edib.

İlan Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilib.

QAZİLER.AZ

Chosen
14
qaziler.az

1Sources