EN

Zəngəzurun Ermənistana verilməsində məqsəd Azərbaycan və Türkiyəni bir-birindən ayrı salmaq, bütün bağları qoparmaq idi – ŞƏRH

Bakı. Trend:

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Zəngəzurmahalı Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ildə bolşeviklərinişğalı ilə cümhuriyyət süqut etdi. SSRİ rəhbərliyi Lenininbaşçılığı altında - onun yanında kifayət qədər də ermənilər mövcudidi - Ermənistan ərazilərini böyütməyə çalışırdı. 1920-ci ildəBolşeviklərin dəstəyi ilə Zəngəzur Ermənistana verildi. Buradaməqsəd iki qardaş xalq olan Azərbaycan və Türkiyəni bir-birindənayrı salmaq, Ermənistan dövləti yaratmaqla zaman-zaman ermənilərvasitəsilə orada təxribatlar törətmək, Azərbaycan və Türkiyəarasındakı bütün bağları qoparmaq üçün işğallar, müharibələr yoluilə orada qeyri-stabilliyi daimi bərqərar etmək idi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Vüqarİskəndərov deyib.

Millət vəkili bildirib ki, bu məsələ SSRİ-nin süqutuna qədərdavam edib:

“1988-ci ildə Ermənistanda başlanan hərəkatda Qarabağ vəNaxçıvanın Ermənistana birləşdirilməsi ideyası mövcud idi. UluÖndərin 1990-cı ildə Naxçıvana gəlməsi, Naxçıvanda rəhbər olaraqəhalini səfərbər etməsi, naxçıvanlıların öz torpaqlarınınmüdafiəsini təşkil etməsi bu məkrli planları alt-üst etdi”.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın bir-birindən ayrısalınması və erməni dövlətinin qurulması bu dairələrin genişplanlarına daxil idi.

“Naxçıvanın blokada zamanı ən çətin dövründə qardaş Türkiyəbütün sahələrdə Muxtar Respublikaya dəstək oldu. Yanacağınverilməsi, qidaların Naxçıvana göndərilməsi, bütün bu məsələlərqardaş Türkiyənin Azərbaycana, o cümlədən Naxçıvana bir dəstəyiidi.

Artıq müasir dövrdə Prezident İlham Əliyev və Prezident RəcəbTayyib Ərdoğanın rəhbərliyi ilə yalnız Azərbaycan və Türkiyəninmünasibətləri yox, türk dünyasının birləşməsi, inkişafı, tərəqqisiüçün çox vacib işlər görülür. Dünyada Azərbaycan və Türkiyəbirliyinə bənzər birlik, bərabərlik, qardaşlıq nümunəsi mövcuddeyil. Bu iki qardaş xalqları və dövlətləri tarixi köklər, təbiibağlar bir-birinə sıx tellərlə bağlayır. Düşünürük ki, iki qardaşdövlətin bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdəkibirgəliyi yalnız bölgə üçün yox, qlobal anlamda sülhü, tərəqqini,inkişafı özündə ehtiva edir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isəTrend-əaçıqlamasında deyib ki, İğdırda Azərbaycan və Türkiyə qardaşlığınıdaha da gücləndirən növbəti mühüm layihənin icrası uğurlayekunlaşdı:

“Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Türkiyəyəsəfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdəİğdır-Naxçıvan qaz kəmərinin iideobağlantı formatında açılışdaiştirak etdi. Dövlət başçısı çıxışında bir çox tarixi faktlaraistinad edərək tarix boyu Azərbaycan xalqının başına gətirilənmüsibətlərdən ətraflı bəhs etdi”.

Millət vəkili vurğulayıb ki, 1990-cı illərin əvvəllərindəNaxçıvan çox ağır vəziyyətdə idi.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bolşeviklərinişğalı nəticəsində Azərbaycan və Türkiyə bir-birindən ayrı salındı,Naxçıvan da blokada vəziyyətinə düşdü və o bölgənin əhalisi çoxciddi çətinliklə üzləşdi. Bir tərəfdən Ermənistan bu torpaqlarıişğal etmək üçün buraya hücumlar edir və digər tərəfdən isə ölkəqazla bağlı çətinliklər yaşayırdı, Bakı ilə əlaqəsi kəsilmişdi.Ermənilərin əsas məqsədi Naxçıvanı işğal edərək tarixitorpaqlarımızı Ermənistana ilhaq etmək idi. Ulu Öndər Heydər ƏliyevNaxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsini ciddi şəkildətəşkil etdi, əhalinin prosesə cəlb edilməsi təmin olundu vəNaxçıvan işğaldan xilas oldu. Əgər o anda Ümummilli Lider HeydərƏliyev gəlməsə idi, bəlkə də Naxçıvan Azərbaycandan ayrılmışdı, bugün yox idi”, - deyə C.Məmmədov fikrini tamamlayıb.

Chosen
37
az.trend.az

1Sources