Bakı-Sumqayıt qatarının hərəkəti İFLİC OLDU: İnsanlar saatlardır vaqonlarda qalıb
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
Bu barədə sərnişinlər məlumat veriblər.
Məlumata görə, Xırdalan və Pirşağı xəttində elektrik gərginliyinin olmaması qatarların hərəkətini iflic edib.
Sərnişinlər təxminən bir saatdan çoxdur ki, vaqonlarda və ya vağzalda qatarın hərəkət etməsini gözləyirlər.
Sərnişinlər bildirib ki, əsas problem Bakı-Xırdalan xəttində yaranıb. Bakı-Sumqayıt ekspress qatarı isə həmişə olduğu kimi Xırdalan yox, Pirşağı xətti ilə hərəkət edir.
Qeyd olunur ki, qatar bir saatdır yerindən tərpənməsə də, sərnişinlərə bu barədə yeni məlumat verilib və bildirilib ki, texniki nasazlıqdan hərəkət mümkün olmayacaq. Saatlarla vaqonlarda gözləyən insanlar alternativ üsullardan istifadə edərək mənzil başına çatmağa çalışırlar.