Danimarkanın milli poçt xidməti "PostNord" 2025-ci ilin sonunda məktubların çatdırılmasını tamamilə dayandıracaq.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, 1624-cü ildən Danimarkada məktub və bağlamaların göndərilməsi üçün universal poçt xidməti fəaliyyət göstərir, lakin rəqəmsal xidmətlər bazarının inkişafı ilə kağız sənədlərdən istifadə kəskin şəkildə azalıb.
Hazırda Danimarka dünyanın ən rəqəmsallaşmış ölkələrindən biri hesab olunur.
Qeyd edilir ki, istənilən ehtiyac üçün proqram var, sənədlər smartfonda saxlanılır və səlahiyyətli orqanlar fakturaları onlayn göndərir.