Aprelin 5-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Bakı-Xızı-Şamaxı-İsmayıllı marşrutu üzrə baş tutacaq yürüş saat 9:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.
Yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.