EN

Britaniya Ukraynaya 1 milyard dollar verdi: Rusiya aktivlərinin hesabına...

Ukrayna Böyük Britaniyadan 752 milyon funt (970 milyon ABŞ dolları) məbləğində ilk tranş alıb. Vəsait dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş gəlirlər hesabına təmin edilib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

“Bu gün biz “G7 ERA” təşəbbüsü çərçivəsində 752 milyon funt aldıq. Vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək”, - deyə o yazıb.

Şmıqal Böyük Britaniya hökumətinə və G7-dəki digər tərəfdaşlarına Rusiya aktivlərinin Ukrayna xeyrinə işləməsini təmin edən mexanizmə görə təşəkkürünü bildirib.

Chosen
8
2
publika.az

9Sources