EN

Kit Kelloq: "Tramp müharibəni 24 saata bitirəcəyinə söz vermişdi, lakin hansı gündə deməmişdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoyacağına söz verib, lakin bunun konkret hansı gündə olacağını açıqlamayıb".
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ağ Evin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Beynəlxalq Münasibətlər Şurasının konfransında çıxışı zamanı deyib.
"Tramp Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyinə söz vermişdi, lakin hansı gündə olacağını dəqiq deməmişdi", - deyə Kelloq bildirib.
Onun bu sözləri zalda tamaşaçıların gülüşünə səbəb olub.
Trampın xüsusi nümayəndəsi qeyd edib ki, ABŞ-nin Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasında Ukraynanın özü günahkardır.
O vurğulayıb ki, ABŞ-nin kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarı fasilə deyil, sondur.
Kit Kelloqun sözlərinə görə, Tramp administrasiyası faydalı qazıntıların çıxarılması üzrə sazişin imzalanmasından sonra Ukrayna lideri Volodimir Zelenski ilə işləməyə hazır olacaq.
Chosen
95
50
oxu.az

10Sources