EN

Estoniya da nadir torpaq ticarətinə başlayıb

Estoniyada fəaliyyət göstərən “Sillamäe” zavodu Avropa Birliyində yeganə böyük nadir torpaq metal emalı müəssisəsidir. Bu zavod tezliklə neodimium və digər nadir torpaq metallarından ibarət hazırlanmış maqnitlər istehsal etməyə başlayacaq. Talteşin Mineral Ehtiyatlar və Tətbiqi Geologiya kafedrasının dosenti Alvar Soesoo “Radio 4”-ə müsahibəsində deyib ki, ölkənin qlobal siyasi dəyişikliklər fonundakı real taleyi və Estoniyanın gələcəyi çox aydın strategiyanın qurulmasındadır.

Alim daha sonra nadir torpaqlardan söz açıb: “Biz faydalı qazıntıları çıxarırıq, onları zənginləşdiririk, yüksək keyfiyyətli məhsula çeviririk. Üstəlik, biz təkcə filizi yox, hazır məhsulu da ixrac edirik”.

Soesooya ünvanlanmış “Bu nadir torpaq metallarından nə hazırlamaq olar? Ancaq telefon, yoxsa raket də?” sualına geoloq belə cavab verib:

“Təbii ki, telefon da, raket də istehsal etmək mümkündür. İndi deyə bilərik ki, biz texnoloji inkişaf mərhələsinə çatmışıq və yüksək texnologiya getdikcə daha çox müxtəlif metallara ehtiyac duyur, halbuki iyirmi il bundan əvvəl bütün bunlar bizim ağlımıza belə gəlməzdi”.


Alvar Soesoo

Estoniyalı alim belə bir fürsətdən lazımınca yararlanmaq üçün hazırda onun ölkəsinin böyük strateji imkanlara malik olduğunu deyib.

Geoloq söyləyib ki, ölkədə digər mühüm istifadə sahəsi lazerlərdir və burada nadir torpaq metalları onların dizaynında əsas rol oynayır. Alimin fikrincə, bundan əlavə, həmçinin kimyəvi reaksiyalarda və xüsusi növ şüşələrin istehsalında da lazer katalizator kimi istifadə oluna bilər. O, nümunə kimi müasir displey sənayesində istifadə edilən, yəni mobil telefonlardan nəhəng ekranların istehsalına qədər çox böyük texnoloji sahələrdə avadanlıqların emalı üçün sənaye müəssisələrinin nadir torpaq metallarından çox yararlanmasını misal çəkib. A. Soesoo həm də xatırladıb ki, Estoniyanın daha bir qiymətli üstünlüyü bu ölkədə fosforit yataqlarının olmasıdır.

Geoloq öz dövlətinin Amerika Birləşmiş Ştatlarına nadir torpaqları təklif etməsini tələsik addım adlandırıb.

Xatırladaq ki, bu yaxınlarda Estoniyanın xarici işlər naziri nadir torpaq metallarının ABŞ-a təklif etməyə hazır olduğunu bəyan etmişdi.

// APress.az

Chosen
23
1
apress.az

2Sources