EN

Dələduzlar baş nazirin saxta videosundan kriptovalyuta satışı üçün istifadə edib

Sinqapurun baş naziri Lourens Vonq vətəndaşları sosial şəbəkələrdə onun adından yayılan süni intellekt vasitəsilə yaradılmış videolar barədə xəbərdar edib.

Hit.az xəbər verir ki, baş nazirin sözlərinə görə, dələduzlar bu görüntülərdən kriptovalyuta satışı və ya yaşayış icazəsinin əldə edilməsi xidmətlərinin reklamı üçün istifadə edirlər.

2024-cü ildə Sinqapurda dərin saxtakarlıqlar da daxil olmaqla 51 mindən çox dələduzluq faktı aşkarlanıb ki, bu da ötən illə müqayisədə 11% çoxdur. Ötən il dələduzların fəaliyyəti nəticəsində sinqapurlular ümumilikdə 827 milyon dollar itiriblər. 

Hazırda Sinqapur hakimiyyəti bu kimi cinayətlərlə bağlı qanunları sərtləşdirir və əhalini maarifləndirməklə onları dələduzluqdan qorumağa çalışır. Baş nazir Vonq vətəndaşlara diqqətli olmağı, dələduzlara inanmamağı və onlarla şəxsi məlumatları paylaşmamağı tövsiyə edib.

Qeyd edək ki, ötən ay dələduzlar İtaliyanın müdafiə naziri Quido Krozettonun süni intellektlə yaradılmış səsindən istifadə ediblər. Cinayətkarlar italiyalı biznesmenlərə nazirin adından zəng edərək onun səsi ilə Suriyada və İranda girov saxlanılan İtaliya vətəndaşlarının azad edilməsi üçün guya xarici bank hesablarına pul köçürməyə inandırıblar.

Samir

Chosen
20
hit.az

1Sources