EN

AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyunun 15-dən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

Far.Az AZAL-a istinadən xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.

Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Chosen
129
35
far.az

10Sources