"Fənərbağça"nın futbolçusu Çağlar Söyüncü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi 1 ay komandasına kömək edə bilməyəcək.
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin İstanbulda baş tutan ilk oyununda - “Reyncers”lə (Şotlandiya) matçda sıradan çıxan Çağların sağ ayaq əzələsində ropbelm aşkarlanıb.
Qeyd edək ki, Türkiyədəki qarşılaşma "Fənərbağça"nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Nihat