EN

BMT missiyasının helikopteri Cənubi Sudanda atəşə tutulub, ölənlər var

BMT-nin sülhməramlı missiyasının helikopteri Cənubi Sudanın şimal-şərqində atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı Missiyası (UNMISS) məlumat verib.

“Nəticədə bir neçə nəfər həlak olub, yaralananlar da var”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, helikopter ölkənin şimal-şərqində yerləşən Yuxarı Nil ştatının Nasir bölgəsində təxliyə əməliyyatı həyata keçirirdi:

“Son həftələrdə Yuxarı Nil bölgəsində ordu ilə hazırkı vitse-prezident Riek Maçara yaxın silahlı dəstələr arasında münaqişənin kəskinləşməsi fonunda gərginlik artıb. Bu əməliyyat bütün tərəflərin xahişi ilə təşkil edilib. UNMISS hadisənin araşdırılmasını tələb edib və ölkə rəhbərliyini gərginliyin dialoq yolu ilə həlli üçün təcili müdaxilə etməyə çağırıb”.

Chosen
25
5
report.az

10Sources