EN

Premyer Liqa klubunun oyunçusunun sevgilisi olan bu xanım kimdir belə? - VİDEO

“Şamaxı”yla “Səbail” arasında baş tutan görüşü zərif cinsin nümayəndəsi böyük həvəslə izləyirdi.

Media sektordan soldakı tribunada, “Şamaxı” rəsmilərinə yaxın yerdə tək oturan əcnəbi xanımın hansısa futbolçunun sevgilisi, yaxud həyat yoldaşı olması sirr deyildi.

Meydan sahiblərinin hücumları zamanı həyəcan keçirir, qonaqlar hücum edib, qol vuranda sevincini gizlədə bilmirdi.

Əliyar Ağayevin final fitindən sonra “Miss X”ın kim olması bilindi. “Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes tribunaya əl edincə, suala aydınlıq gəldi.

Təcrübəli kiper xanımı o dərəcədə soyuqqanlı salamladı ki, sanki meydanı qalib tərk edən onun komandası deyil.

Sən demə, Rikardonun üzü sevdiyi qadını görəndə də gülmür. Təbiətcə qaraqabaqdır. İstər meydanda, istərsə də ondan kənarda.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
8
sportinfo.az

1Sources