Pskov Şəhər Dumasının deputatı Alesya Mixaçeva 8 Mart üçün qeyri-adi hədiyyə alıb.
Herbiand.az bildirir ki, bu barədə “Gazeta.Ru” yazıb.
Mixaçeva deyib ki, ona pnevmatik tapança hədiyyə edilib. O, bundan praktiki atıcılıq dərslərində istifadə edəcəyini söyləyib.
“Yaxın dostlarım 8 Mart ərəfəsində mənə hədiyyə etdilər. Məni belə təəccübləndirdilər. Əsas odur ki, məndən yaradıcı hədiyyələrə münasibətimi əvvəlcədən soruşdular”, - rusiyalı deputat hədiyyə ilə bağlı təəssüratlarını bölüşüb və bunun onun üçün sürpriz olduğunu qeyd edib.
Bəxtiyar CƏFƏRLİ