EN

Tramp ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsini ədalətsiz adlandırıb

ABŞ prezidenti Donald Tramp Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsindən narazılığını bildirib. 

Hit.az xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika lideri 1960-cı ildə imzalanmış müqavilənin birtərəfli olduğunu bəyan edib.

“Mən Yaponiyanı sevirəm, bizim Yaponiya ilə əla münasibətlərimiz var. Amma bizim maraqlı bir müqaviləmiz var ki, onları qorumalıyıq, amma onlar bizi qorumalı deyil”, deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Yaponiya tərəfi ABŞ-dan iqtisadi gəlir əldə edir.

"Bloomberg" daha əvvəl yazmışdı ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra hərbi resurslarını Çinlə qarşıdurmaya yönəldə bilər. Müəlliflər vurğulayırlar ki, Çin dərhal “Hind-Sakit Okean bölgəsindəki hərəkətlərinə artan diqqəti” görə bilər.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Yaponiya və Cənubi Koreya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirən zaman Pekin artıq ABŞ-ı NATO-nun Sakit okean variantını yaratmağa cəhddə ittiham edib.

Samir

Chosen
23
hit.az

1Sources