EN

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarların normal rejimdə fəaliyyəti artıq bərpa olunub.   Bu barədə Manset.az-a "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.   *** 19:20   Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.   Manset.az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, insanlar stansiyada qalıb. ADY-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır. “Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.

Chosen
80
3
manset.az

4Sources