EN

Mart ayında “C vitamini” üçün bu meyvəni yemək vacibdir

Qış başa çatdıqda sitrus meyvələri mövsümü də tezliklə sona çatır. Ancaq mart ayında hələ də C vitamini ilə zəngin meyvələr yemək vacibdir.

Mütəxəssislər bildirir ki, gözəl hava yavaş-yavaş özünü göstərməyə başlasa da, mart ayı ümumiyyətlə yorğunluqla əlaqələndirilir. 

Mart ayında C vitamini ilə ən zəngin meyvə kivi hesab edilir. Kivi immunitet sistemini dəstəkləyən C vitamini mənbəyi kimi önə çıxır. 100 qramlıq kivinin tərkibində 81,9 mq C vitamini var. C vitamini və antioksidantlar siqaret, çirklənmə və stress kimi faktorların səbəb olduğu zəhərli molekullara qarşı bədənin müdafiəsini gücləndirərkən hüceyrə yaşlanmasının qarşısını almağa kömək edir.

Bundan əlavə, C vitamini dərinin nəm balansını qoruyan və kollagen istehsalında mühüm rol oynayan bir komponent kimi önə çıxır.

Əfsanə Kamal
Demokrat.az

Chosen
26
demokrat.az

1Sources