EN

Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı - FOTO

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Ölkə.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib. İddialar əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib və adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Chosen
20
22
olke.az

10Sources