Çin və Rusiya viza rejiminin ləğvi istiqamətində addım-addım irəliləyirlər.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Çinin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Çjan Vey bildirib.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün səyahətləri daha rahat edəcək.
“Biz hər iki ölkənin vətəndaşlarının daha tez-tez görüşməsi və bir-birini ziyarət etməsi üçün səyahətləri daha rahat etmək istəyirik. Düşünürəm ki, bu həm də Çin və Rusiyanın hər bir vətəndaşının arzusudur. Biz indi bu məsələləri müzakirə edirik və onların həllini təşviq edirik”, - deyə o qeyd edib.
O, prosesin mərhələli olduğunu vurğulayıb.
Hazırda 16 Avropa ölkəsinin vətəndaşları üçün Çinə səyahət vizasız rejim nəzərdə tutulub. Bu il siyahıya Sloveniya, Yunanıstan, Kipr, Norveç və Danimarka daxil edilib.
Şahnaz