EN

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti BƏRPA EDİLDİ - YENİLƏNİB

Artıq qatarların normal fəaliyyəti bərpa olunub.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

*** 19:30

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Qatar Goradil sahəsində yarım saata qədər dayanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, pik saatları olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib.

Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Bizim.Media

Chosen
27
15
bizim.media

10Sources