EN

Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb

Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.

Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub.

Məlumatda qeyd olunur ki, digər obyektlər razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər göstərilməyib.

Fransa qoşunların çıxarılması və hərbi obyektlərin təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.

Chosen
48
10
report.az

10Sources